"Azərbaycan Sənaye Bankı"nın Müşahidə Şurasının sədri dəyişib

"Azərbaycan Sənaye Bankı"nın Müşahidə Şurasının sədri dəyişib "Azərbaycan Sənaye Bankı" ASC-nin (ASB) Müşahidə Şurasına yeni sədr təyin edilib.
Maliyyə
3 Oktyabr , 2022 10:09
Azərbaycan Sənaye Bankının Müşahidə Şurasının sədri dəyişib

"Azərbaycan Sənaye Bankı" ASC-nin (ASB) Müşahidə Şurasına yeni sədr təyin edilib.

"Report" xəbər verir ki, bu, Əhməd Gözəldir.

O, Bankın rəhbərliyində Zeynəb Konyarı əvəz edib.

Adları çəkilən hər iki şəxs ASB-nin daxil olduğu "Azərsun Holdinq" MMC-nin prezidenti Abdulbari Gözəlin övladlarıdır.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Anadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi