“Azərbaycan Sənaye Bankı” bu ilin əvvəlindən 5 mln. manata yaxın xalis mənfəət əldə edib

“Azərbaycan Sənaye Bankı” bu ilin əvvəlindən 5 mln. manata yaxın xalis mənfəət əldə edib Bakı. 17 oktyabr. REPORT.AZ/ “Azərbaycan Sənaye Bankı” ASC-nin aktivləri illik müqayisədə 6,9% artaraq 2018-ci il oktybarın 1-nə 1 007 197 min manat təşkil edib.
Maliyyə
17 Oktyabr , 2018 14:02
“Azərbaycan Sənaye Bankı” bu ilin əvvəlindən 5 mln. manata yaxın xalis mənfəət əldə edib

Bakı. 17 oktyabr. REPORT.AZ/ “Azərbaycan Sənaye Bankı” ASC-nin aktivləri illik müqayisədə 6,9% artaraq 2018-ci il oktybarın 1-nə 1 007 197 min manat təşkil edib.

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə müştərilərə verilən kreditlərin həcmi ( kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) illik 5% azalaraq bu il oktybarın 1-nə 280 798 min manat olub.

Bankın cəmi öhdəliklər illik 7% artaraq 911 968 min manata, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 12% artaraq 684 064 min manata çatıb. Bildirək ki, 2018-ci il oktybarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banka qarşı tələbi yoxdur. 2018-ci il oktybarın 1-nə bankın nizamnamə kapitalı 60,0 mln. manat, cəmi kapitalı 95 229 min manat təşkil edib.

Bank bu ilin yanvar-sentyabr aylarında 4 705 min manat xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% çoxdur. Yanvar-sentyabr aylarında bankın faiz gəlirləri 18 502 min manat, qeyri-faiz gəlirləri 4 944 min manat, faiz xərcləri 9 948 mni manat, qeyri-faiz xərcləri 8 419 min manat olub.

Son xəbərlər

Orphus sistemi