Azərbaycan qızıl ixracını artırıb

Azərbaycan qızıl ixracını artırıb İxrac əsasən İsveçrəyə həyata keçirilir
Maliyyə
6 Avqust , 2015 15:53
Azərbaycan qızıl ixracını artırıb

Bakı. 6 avqust. REPORT.AZ/ Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycandan 43,542 mln. dollar məbləğində 1 125,3 kq qızıl ixrac olunub. Qızılın ixrac miqdarında illik müqayisədə 34,9%, onun dəyər ifadəsində isə 24,3% artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, 2014-cü ilin birinci yarısında ölkədən qızıl ixracı 35,026 mln. dollar olmaqla 834 kq təşkil edib. 

Statistikaya əsasən, nə bu il, nə də ötən ilin müvafiq dövründə qızıl idxalı həyata keçirilməyib.

Qızılın ən yüksək ixracı 2010-cu ildə, ən aşağı 2009-cu ildə, ən yüksək idxalı 2011-ci ildə, ən aşağı idxalı 2007-ci ildə qeydə alınıb.

Komitədən bildiriblər ki, qızıl idxalı əsasən İsveçrədən, Birləşmiş Krallıqdan olub, ixrac isə İsveçrəyə həyata keçirilib.

Qeyd edək ki, 2013-cü ilin birinci yarısında ölkədən 28,179 mln. dollar dəyərində 579,2 kq qızıl ixrac edilib. Bu müddətdə idxal isə müvafiq olaraq 306,654 mln. dollar olmaqla 6 129,1 kq təşkil edib.

Son xəbərlər

Orphus sistemi