Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti: Şirkətlər üzvlük haqqı ödəməkdən yayınır

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti: Şirkətlər üzvlük haqqı ödəməkdən yayınır Üzvlük haqlarında artım ola bilər
Maliyyə
10 Mart , 2018 16:43
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti: Şirkətlər üzvlük haqqı ödəməkdən yayınır

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü olan qiymətləndirici şirkətlərin yarıdan çoxu cəmiyyətə üzvlük haqqı ödəməkdən yayınır.

“Report”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nüsrət İbrahimov məlumat verib: “Hazırda 32 şirkətlə işləyirik. 2017-ci ildə bu şirkətlərdən cəmi 14-ü üzvlük haqqı ödəyib. Digərləri müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınıb. Qiymətləndirmə şirkətlərinin reyestri yaradıldıqdan sonra şirkətlər məsuliyyətlərini hiss edəcək. Hazırda reyestr üçün sənədlər toplanır. Düşünürəm ki, reyestrin yaradılması ilə bağlı proses gələn ay yekunlaşacaq".

Sədr üzvlük haqlarında artım olma ehtimalını da istisna etməyib.

“Hazırda bizim əsas işimiz qiymətləndirmə sahəsində fəaliyyət göstərən şirkətlərin sayını və xərc büdcəmizi müəyyən etməkdir. Bundan sonra hər şirkətə nə qədər öhdəlik düşdüyü məlum olacaq. Buna əsasən üzvlük haqqını müəyyən edəcəyik. Yəqin ki, üzvlük haqlarında artım olacaq”,- N.İbrahimov qeyd edib.

Sədr hazırda qiymətləndirmə sahəsində kadr çatışmazlığı olduğunu bildirib.

“Bu gün bizdə Ermənistanın Azərbaycana vurduğu zərərin qiymətləndirilməsi ilə bağlı dövlət sifarişi var. Orda 80-dən çox qiymətləndirmə sahəsi mövcuddur. Bu sahələrin hər biri üzərində işləmək lazımdır. Biz o sahədə kadr yetişdirməliyik. Azərbaycanda qiymətləndirmə sahəsində kadr problemi həddindən artıq böyükdür”.

Son xəbərlər

Orphus sistemi