Azərbaycan “Qazaxıstan maliyyəçilərinin XI konqresi”ndə iştirak edəcək

Azərbaycan “Qazaxıstan maliyyəçilərinin XI konqresi”ndə iştirak edəcək Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov sabah “Qazaxıstan maliyyəçilərinin XI konqresi”ndə iştirak edəcək.
Maliyyə
14 noyabr 2023 12:59
Azərbaycan “Qazaxıstan maliyyəçilərinin XI konqresi”ndə iştirak edəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov sabah “Qazaxıstan maliyyəçilərinin XI konqresi”ndə iştirak edəcək.

"Report" xəbər verir ki, bunu o, "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Bu gündən Qazaxıstana işgüzar səfərim başlayır. Səfər çərçivəsində “Qazaxıstan maliyyəçilərinin XI konqresi”ndə çıxışım və bir sıra mərkəzi bankların sədrləri ilə görüşlərim nəzərdə tutulur", - deyə sədr qeyd edib.

Tədbiri Qazaxıstan Milli Bankının himayəsi altında Qazaxıstan Maliyyəçilər Assosiasiyası ilə Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi təşkil edir. Konqres zamanı "Digital Tenge" layihəsinin icrası ilə bağlı təqdimat keçiriləcək.

Son xəbərlər

Orphus sistemi