Azərbaycan parlamenti ötənilki büdcənin icrasını müzakirə edəcək

Azərbaycan parlamenti ötənilki büdcənin icrasını müzakirə edəcək Azərbaycan 2014-cü ilin dövlət büdcəsindən təhsil və müdafiə sektorlarına toplam 3 mlrd. manat xərcləyib
Maliyyə
18 May , 2015 15:06
Azərbaycan parlamenti ötənilki büdcənin icrasını müzakirə edəcək

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan parlamentinin mayın 29-da keçirilməsi planlaşdırılan plenar iclasında 2014-cü il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub.

"Report"un verdiyi xəbərə görə, 2014-cü ilin dövlət büdcəsi 308,4 mln. manat kəsirlə icra olunub, 2015-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı 1,7 mlrd. manat təşkil edib.

Layihədə deyilir ki, 2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan bu qalıq 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.

Qeyd edək ki, Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsində büdcə gəlirlərinin 18 400 565,2 min manat, xərclərin 18 709 000,0 min manat olduğu qeyd edilir. Layihəyə əsasən, ötən il müdafiə xərcləri 1,5 mlrd. manat, təhsil xərcləri 1,554 mlrd. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi