Azərbaycan Pakistanla sığorta sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Pakistanla sığorta sahəsində əməkdaşlıq edəcək "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) və "Pakistan Sığortaçılar Assosiasiyası" arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair ilkin razılıq əldə olunub.
Maliyyə
22 Sentyabr , 2023 12:07
Azərbaycan Pakistanla sığorta sahəsində əməkdaşlıq edəcək

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) və "Pakistan Sığortaçılar Assosiasiyası" arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair ilkin razılıq əldə olunub.

Bu barədə "Report"a ASA-dan bildirilib.

Məlumata görə, ASA-nın icraçı direktoru Elmar Mirsalayev Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ilə görüşüb. Görüşdə E.Mirsalayev səfirə ölkəmizdə sığorta sektorunun inkişafı istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər haqqında məlumat verib. O, həmçinin 5 türkdilli ölkənin sığortaçılar birliklərinin iştirakı ilə yaradılmış Türk Dünyası Sığorta Birliyi haqqında da danışaraq Təşkilatın regionda sığorta sahəsində əlaqələrin inkişafı və regional sığorta habının formalaşması istiqamətindəki əhəmiyyətindən söz açıb.

B.Haye isə öz növbəsində Azərbaycanın sığorta sektorunda həyata keçirilən islahatları yüksək qiymətləndirib. Səfir həmçinin qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan sığorta bazarının Pakistanın sığorta sahəsində tətbiq etdiyi yeni beynəlxalq maliyyə hesabatı standartı təcrübəsindən faydalana biləcəyini, habelə iki ölkə arasında təkrarsığorta sahəsində münasibətlərin formalaşacağına ümid etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi