Azərbaycan Mərkəzi Bankının mənfəəti 24% azalıb

Azərbaycan Mərkəzi Bankının mənfəəti 24% azalıb 2020-ci ili 52,485 milyon manat xalis mənfəətlə başa vurub
Maliyyə
29 Aprel , 2021 11:53
Azərbaycan Mərkəzi Bankının mənfəəti 24% azalıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2020-ci ili 52,485 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 24,1% azdır.

Ötən il AMB-nin faiz gəlirləri 169,251 milyon manat (əvvəlki ilə nisbətən 26,9% az), faiz xərcləri 149,127 milyon manat (36,4% az), haqq və komissiya gəlirləri 10,251 milyon manat (40% az), haqq və komissiya xərcləri 6,501 milyon manat (51,2% çox), amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə öhdəliklərinin ədalətli (diskontlaşdırılmış) dəyərdə ilkin tanınması üzrə gəliri 52,447 milyon manat (əvvəlki il olmayıb), amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə aktivlərinin ədalətli (diskontlaşdırılmış) dəyərdə ilkin tanınması üzrə zərər 75,742 milyon manat (əvvəlki il olmayıb), ticarət qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 10,566 milyon manat (əvvəlki il 14,5% az), satış üçün mövcud olan qiymətli kağızların realizasiyası üzrə xalis gəliri 19,007 milyon manat (3,4 dəfə az), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis zərəri 14,588 milyon manat (əvvəlki il gəlir olub), likvidlik fondlarının vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 4,32 milyon manat (4,9 dəfə az), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəliri 66,044 milyon manat (əvvəlki il zərər olub), qiymətli kağızların dəyərsizləşməsi üzrə zərəri 247 min manat (6,3 dəfə çox), xarici valyuta əməliyyatları üzrə xalis gəliri 1,981 milyon manat (64,8% çox), sair əməliyyat gəliri 46,667 milyon manat (53,1% çox), dəyərsizləşmə üzrə gəliri 14,375 milyon manat (51,4% az), inzibati və sair əməliyyat xərcləri isə 96,229 milyon manat (76,8% çox) təşkil edib.

Son xəbərlər

Orphus sistemi