Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb Bu ilin əvvəlindən ehtiyatların həcmi 18% azalıb
Maliyyə
100
4 Oktyabr , 2016 10:07
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmi 2016-cı il oktyabrın 1-nə 4 132,7 mln. ABŞ dolları təşkil edib.

"Report" AMB-yə istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 59,8 mln. dollar və yaxud 1,43% azdır.

Son bir ildə qurumun valyuta ehtiyatları 2,882 mlrd. dollar və yaxud 41,09%, ilin əvvəlinə nisbətən isə 884 mln. dollar və yaxud 17,62% azalıb.

Son xəbərlər

Orphus sistemi