Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5,1 mlrd. dollara çatıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5,1 mlrd. dollara çatıb Son 1 ildə bu rəqəm 22% artıb
Maliyyə
8 Sentyabr , 2017 15:26
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5,1 mlrd. dollara çatıb
Report

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il sentyabrın 1-nə 5 101,2 mln. ABŞ dolları təşkil edib.

“Report” AMB-yə istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 68,1 mln. dollar və yaxud 1,35% çoxdur.

İlin əvvəlinə nisbətən qurumun valyuta ehtiyatları 1 126,8 mln. dollar və yaxud 28,35%, son 1 ildə isə 908,7 mln. dollar və yaxud 21,67% artıb. 

Son xəbərlər

Orphus sistemi