AMB-nin notlarının satışına başlanılır

AMB-nin notlarının satışına başlanılır Noyabrın 2-də Bakı Fond Birjasında qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Maliyyə
101
31 Oktyabr , 2016 17:16
AMB-nin notlarının satışına başlanılır

Bakı. 31 oktyabr. REPORT.AZ/ Noyabrın 2-də "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hərrac zamanı sifarişlərin toplanması birjanın ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.

Qeyd edər ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 500 min not çıxarılacaq. Qiymətli kağızların ödəmə tarixi 30 noyabr 2016-cı ildir.

AMB-nin qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərracda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar hərraca BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə qatıla bilər. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı, notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Son xəbərlər

Orphus sistemi