Azərbaycan Mərkəzi Bankının not bazarında ötən il 20 dəfəyə yaxın artım olub

Azərbaycan Mərkəzi Bankının not bazarında ötən il 20 dəfəyə yaxın artım olub Bakı. 16 fevral. REPORT.AZ/ 2017-ci ildə Maliyyə Nazirliyinin daxildən borclanma siyasəti həyata keçirməsi, eləcə də Azərbaycan Mərkəzi Bankının milli valyutaya olan təzyiqlərin azaldılması məqsədilə not buraxması dövlət qiymətli kağızları bazarında əməliyyatların məbləğinin artım dinamikasını müəyyən edib.
Maliyyə
16 Fevral , 2018 14:45
Azərbaycan Mərkəzi Bankının not bazarında ötən il 20 dəfəyə yaxın artım olub
Report

Bakı. 16 fevral. REPORT.AZ/ 2017-ci ildə Maliyyə Nazirliyinin daxildən borclanma siyasəti həyata keçirməsi, eləcə də Azərbaycan Mərkəzi Bankının milli valyutaya olan təzyiqlərin azaldılması məqsədilə not buraxması dövlət qiymətli kağızları bazarında əməliyyatların məbləğinin artım dinamikasını müəyyən edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, hesabat dövründə dövlət istiqrazları bazarı 48%, not bazarı isə 19,4 dəfə artıb.

AMB-nin notlarının yerləşdirilməsi üzrə Bakı Fond Birjasında 50 hərrac keçirilib və nəticədə ilkin bazarda əqdlərin məbləği illik müqayisədə 19,3 dəfə artaraq 5,2 mlrd. manat olub. Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə birjada keçirilmiş 45 hərracda bağlanmış əqdlərin məbləği isə 89% artaraq 795 mln. manat təşkil edib.

Ötən il real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri nəticəsində korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əqdlərin məbləği 2,2 dəfə artaraq 2 mlrd. manatı üstələyib. Xüsusilə bankların kapital tələblərinin təmin edilməsi məqsədilə nizamnamə kapitallarını artırması səhm bazarının artımını şərtləndirən mühüm amil olub. Korporativ qiymətli kağızlar bazarının digər seqmenti olan korporativ istiqrazlar bazarı ötən illə müqayisədə 79% azalaraq 1,6 mlrd. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi