Azərbaycan Mərkəzi Bankının keçirdiyi lotereyada 149 nəfər qalib olub

Azərbaycan Mərkəzi Bankının keçirdiyi lotereyada 149 nəfər qalib olub Azərbaycan Mərkəzi Bankının (AMB) “Visa beynəlxalq xidmət assosiasiyasının dəstəyi ilə həyata keçirdiyi “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyanın 1-ci tirajı oynanılıb.
Maliyyə
28 aprel 2020 11:11
Azərbaycan Mərkəzi Bankının keçirdiyi lotereyada 149 nəfər qalib olub
Azərbaycan Mərkəzi Bankı / Report

Azərbaycan Mərkəzi Bankının (AMB) “Visa" beynəlxalq xidmət assosiasiyasının dəstəyi ilə həyata keçirdiyi “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyanın 1-ci tirajı oynanılıb.

Bu barədə “Report”a AMB-dən bildirilir.

Məlumatda deyilir ki, əhalidə rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılması və nağdsız ödənişlərə təşviq edilməsi məqsədilə reallaşdırılan lotereya martın 1-dən start götürüb. 1-ci tirajın keçirildiyi dövrdə ölkə ərazisində emissiya edilmiş, korporativ və eyniləşdirilməmiş kartlar istisna olmaqla, “Visa” brendli ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq lotereya iştirakçısına çevrilərək hər bir əməliyyata bir şans qazanıblar.

Ümumilikdə tiraj dövrü olan mart ayında lotereya şərtlərinə uyğun olan 182 002 ödəniş kartı ilə aparılmış 867 690 əməliyyat lotereyanın 1-ci tirajına daxil edilib. Lotereyanın uduş fondu 1-ci tiraj üzrə 149 qalibin hər birinə 100 manat təşkil edib. Banklar qsa müddətdə kart istifadəçilərini məlumatlandıracaq və vəsaitlər kart balanslarına əlavə olunacaq.

Qaliblərin siyahısı ilə AMB-nin internet səhfəsində tanış olmaq mümkündür: https://www.cbar.az/page-179/pay-with-visa-and-ear...

Son xəbərlər

Orphus sistemi