​Azərbaycan Mərkəzi Bankının investisiya imkanları genişləndirilib

​Azərbaycan Mərkəzi Bankının investisiya imkanları genişləndirilib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Maliyyə
24 İyun , 2015 19:50
​Azərbaycan Mərkəzi Bankının investisiya imkanları genişləndirilib

Bakı. 24 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Prezidenti aktlarının “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Pezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat verməli, həmçinin həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda aşağıdakı dəyişikliklər edilib:

1. 10.3-cü maddədə “tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilir və” sözləri “onun nizamnamə kapitalından az olmamaq şərti ilə“ sözləri ilə əvəz edilsin.

2. 12-ci maddə üzrə:

2.1. 12.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“12.2. Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.”;

2.2. 12.3-cü maddə ləğv edilsin.

3. 13-cü maddə üzrə:

3.1. “Manatın" sözündən əvvəl “13.1.” rəqəmləri əlavə edilsin;

3.2. 13.1-ci maddədən “və bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş normativin hesablanması zamanı nəzərə alınmır” sözləri çıxarılsın;

3.3. aşağıdakı məzmunda 13.2-ci maddə əlavə edilsin:

“13.2. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.”.

4. 14.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“14.2. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir.”.

Son xəbərlər

Orphus sistemi