Azərbaycan Mərkəzi Bankında kadr dəyişikliyi baş verib

Azərbaycan Mərkəzi Bankında kadr dəyişikliyi baş verib AMB-nin bir departamenti ləğv olunub
Maliyyə
20 Aprel , 2016 12:32
Azərbaycan Mərkəzi Bankında kadr dəyişikliyi baş verib

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının Beynəlxalq əməkdaşlıq və kommunikasiya Departamentinə direktor təyin olunub. 

"Report"un verdiyi xəbərə görə, yeni direktor Leyla Süleyman qızı Nəbiyeva bundan əvvəl AMB-nin Prudensial siyasət və metodologiya Departamentinin direktoru işləyib. Hazırda Prudensial siyasət və metodologiya Departamentinin adı Mərkəzi Bankın departamentlərinin ümumi siyahısından çıxarılıb.

Bundan başqa, Adışirin Firudin oğlu Qasımov Mərkəzi Bankın sədrinin ofisinin rəhbəri təyin olunub.

Son xəbərlər

Orphus sistemi