​Azərbaycan Mərkəzi Bankında geniş toplantı keçirilir

​Azərbaycan Mərkəzi Bankında geniş toplantı keçirilir Əsas müzakirə mövzusu devalvasiyanın ölkə iqtisadiyyatı və bank sektoruna təsiridir
Maliyyə
25 Dekabr , 2015 16:36
​Azərbaycan Mərkəzi Bankında geniş toplantı keçirilir

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu dəqiqələrdə Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbərlərinin iştirakı ilə geniş toplantı başlayıb.

"Report" xəbər verir ki, AMB-nin İdarə Heyətinin təşəbbüsü ilə keçirilən iclasda əsas diqqət dekabrın 21-də həyata keçirilən milli valyutanın ikinci devalvasiyasından sonra ölkə iqtisadiyyatında cərəyan edən proseslər, bunun istehlak bazarı və biznes sektoruna təsiri, nağd valyuta bazarında cari tələbatın artması və s. aktual mövzulara yönəldilib.

Bununla yanaşı, devalvasiyanın bütövlükdə bank sektoruna təsiri, o cümlədən banklardan xarici valyutada kredit alan müştərilərin ödəniş prosesində üzləşdiyi çətinliklər, bankların kapital çatışmazlığı məsələsi və depozitlərin müştərilər tərəfindən geri çəkilməsi problemi əsas müzakirə predmetləridir.

Son xəbərlər

Orphus sistemi