Azərbaycan Mərkəzi Bankı: "BOKT-lar banklara rəqabətdə uduzur"

Azərbaycan Mərkəzi Bankı: "BOKT-lar banklara rəqabətdə uduzur" "Azərbaycanda bəzi bank olmayan kredit təşkilatları (BOKT) zərərlə işləyir. Bu da onların korporativ idarəetmə ilə bağlı boşluqları, eləcə də banklara rəqabətdə uduzması ilə bağlıdır".
Maliyyə
18 İyul , 2022 12:19
Azərbaycan Mərkəzi Bankı: BOKT-lar banklara rəqabətdə uduzur

"Azərbaycanda bəzi bank olmayan kredit təşkilatları (BOKT) zərərlə işləyir. Bu da onların korporativ idarəetmə ilə bağlı boşluqları, eləcə də banklara rəqabətdə uduzması ilə bağlıdır".

Bunu "Report"un sualına cavab olaraq Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev bildirib.

"Bankların kredit vermək üçün resursları BOKT-lara nisbətən ucuz başa gəlir. Məsələn, banklar orta hesabla illik 9%-lə əmanət cəlb edə bilirsə, BOKT-ların belə bir hüququ yoxdur. Onların maliyyə mənbəyi daha çox öz kapitallarıdır. Bu vəsait çatışmadıqda onlar bazara çıxır və orta hesabla illik 16-18%-lə pul cəlb edir. Həmçinin BOKT-ların müştəri bazası banklardan fərqli olaraq daha aşağı ödəniş qabiliyyətli insanlardır. Onların isə kredit ödənişlərində müəyyən qədər gecikmələr olur. Bu da faktiki olaraq BOKT-lar üçün təzyiqlər formalaşdırır", - deyə AMB rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi