Azərbaycan Mərkəzi Bankı yerli BOKT-lara kredit qoyuluşunu 21% azaldıb

Azərbaycan Mərkəzi Bankı yerli BOKT-lara kredit qoyuluşunu 21% azaldıb Bu ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli bank olmayan kredit təşkilatlarına (BOKT) verdiyi kreditlərin ümumi məbləği 20 milyon 14 min manat olub.
Maliyyə
17 May , 2022 15:17
Azərbaycan Mərkəzi Bankı yerli BOKT-lara kredit qoyuluşunu 21% azaldıb

Bu ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli bank olmayan kredit təşkilatlarına (BOKT) verdiyi kreditlərin ümumi məbləği 20 milyon 14 min manat olub.

"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 21 % azdır. 

BOKT-lara verilmiş kreditlərə ölkə prezidentinin 28 fevral 2019-cu il tarixində imzaladığı “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına müvafiq olaraq dövlət zəmanəti ilə verilmiş aşağı faizli kreditlər daxildir. 

Son xəbərlər

Orphus sistemi