Azərbaycan Mərkəzi Bankı yerli banklara kredit verilməsi qaydasını dəyişib

Azərbaycan Mərkəzi Bankı yerli banklara kredit verilməsi qaydasını dəyişib Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişiklik edib.
Maliyyə
13 Dekabr , 2023 13:23
Azərbaycan Mərkəzi Bankı yerli banklara kredit verilməsi qaydasını dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklara kreditlərin verilməsi Qaydaları”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, AMB likvidlik problemi ilə üzləşmiş banka sonuncu instansiya kreditoru kimi müddəti 6 aydan çox olmayan və yalnız bir dəfə həmin müddətə uzadıla bilən kreditlər verəcək. Bununla belə, maliyyə bazarlarının sabitliyinə təhdid yarandığı hallarda qurumun İdarə Heyəti digər şərtlərlə və daha uzun müddətə sonuncu instansiya kreditinin verilməsi barədə qərar qəbul edəcək.

AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Son xəbərlər

Orphus sistemi