Azərbaycan Mərkəzi Bankı xüsusi monetar islahatlar proqramı hazırlayıb

Azərbaycan Mərkəzi Bankı xüsusi monetar islahatlar proqramı hazırlayıb Proqram hazırda Maliyyə Sabitliyi Şurasının müzakirəsindədir
Maliyyə
22 Sentyabr , 2017 13:25
Azərbaycan Mərkəzi Bankı xüsusi monetar islahatlar proqramı hazırlayıb
Report

Bakı. 22 sentyabr. REPORT.AZ/ Uçot dərəcəsi alətinin tranmissiya qabiliyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) xususi monetar islahatlar proqramı hazırlayıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə AMB sədrini I müavini Alim Quliyev bilirib. 

Onun sözlərinə görə, proqram hazırda Maliyyə Sabitliyi Şurasının müzakirəsindədir: "Bu proqram qəbul olunduqdan sonra ölkənin effektv pul bazarının formalaşdırılması işləri başa çatacaq. AMB konservativ pul proqramına uyğun olaraq pul bazasının artım kanallarını nəzarətə götürüb, izafi pul kütləsinin aktiv strelizasiyasını həyata keçirib. Nəticədə effektiv pul siyasətinin tətbiqinin başlıca şərtlərindən olan üzən məzənə rejiminə keçid 2017-ci ilin əvvəlindən başlayıb. Orta müddətli perspektivdə bu siyasətin məntiqi davamı inflyasiyanı effektiv idarə etməyə imkan verən inflyasiyanın hədəflənməsi rejiminə keçid olacaq".

Son xəbərlər

Orphus sistemi