Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 654,4 milyon ABŞ dolları təşkil edib.
“Report” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bu, martın 1-i ilə müqayisədə cüzi çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,4 %, son 1 ildə isə 27,6 % artıb.