Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb İyulun 13-dən uçot dərəcəsi 3,5%-dən 3%-ə endirilir
Maliyyə
10 İyul , 2015 17:55
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Bakı. 10 iyul. REPORt.AZ/ Azərbaycanın qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesinmaliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasına monetar zəmin yaratmaq məqsədilə Mərkəzi Bankın (AMB) İdarə Heyəti uçot dərəcəsinin 3,5%-dən 3%-ə endirilməsi barədə qərar qəbul edib.

AMB-dən "Report"a verilən xəbərə görə, yeni uçot dərəcəsi iyulun 13-dən qüvvəyə minəcək.

"Həyata keçirilən məqsədyönlü məzənnə siyasəti iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə və tədiyyə balansının strateji dayanıqlığına müsbət təsir edib. Eyni zamanda, makroiqtisadi sabitlik qorunub, 2015-ci ilin birinci yarısında inflyasiya aşağı təkrəqəmli səviyyədə qalıb. Son iki ayda valyuta bazarı və manatın məzənnəsi əhəmiyyətli dərəcədə stabilləşib, Mərkəzi Bankın valyuta ehtiyatlarında artım müşahidə olunub", - deyə xəbərdə bildirilir.

Məlumata əsasən, AMB-nin ən mühüm fəaliyyət istiqamətlərindən biri bank xidmətlərinin ucuzlaşması, xüsusilə faiz dərəcələrinin enməsinin təşviq olunmasıdır: "Bununla bağlı son vaxtlar bank sektorunun fəaliyyətinin tənzimlənməsi üzrə həyata keçirilən tədbirlər faizlərin aşağı düşməsinə şərait yaradır. Eyni zamanda, inflyasiyanın məqbul səviyyəsini və pul təklifinin dinamikasını nəzərə alaraq pul siyasətinin daha da yumşaldılması imkanları yaranır".

Son xəbərlər

Orphus sistemi