Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8.25% səviyyəsində müəyyən edilmişdir.
Maliyyə
17 Dekabr , 2021 16:24
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7%-dən 7,25%-ə çatdırılması barədə qərar qəbul edib.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb, yuxarı həddi isə 8%-dən 8,25%-ə çatdırılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı gələn il ictimaiyyətə açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi