Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir Azərbaycan Mərkəzi Bankı əməkdaşlarının tibbi sığortalanması üçün açıq tender elan edib.
Maliyyə
330
28 İyul , 2020 16:29
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir
Azərbaycan Mərkəzi Bankı / Report.az

Azərbaycan Mərkəzi Bankı əməkdaşlarının tibbi sığortalanması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 19-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 28-nə qədər dövlət satınalmalarının vahid elektron portalı vasitəsilə təqdim edə bilərlər.

Nəticələr avqustun 28-da, saat 15:00-da portalda açıqlanacaq. Xidmətin göstərilməsinə bu il noyabrın 27-dən başlanılmalıdır.

Orphus sistemi