Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir Azərbaycan Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq əməkdaşlarının tibbi sığortalanması üzrə açıq tender elan edib.
Maliyyə
16 Avqust , 2022 10:59
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq əməkdaşlarının tibbi sığortalanması üzrə açıq tender elan edib.

"Report" quruma istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 19-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 27-nə qədər qurumun Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Əlaqələndirici şəxslər Hüququ departamentinin əməkdaşı Elvin Şirdanov (Telefon: 493-11-22 (428)) və (İnzibati və satınalmalar departamentinin əməkdaşı Akif Əskərovdur (Telefon: 493-11-22 (484)).

Təkliflərə sentyabrın 28-də, saat 15:00-da sözügedən ünvanda baxılacaq. Xidmət bu il noyabrın 27-dən başlayaraq 1 il müddətində göstərilməlidir.

Son xəbərlər

Orphus sistemi