Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin, nağd pulunun və nəqliyyyat vasitələrinin sığortalanması üçün açıq tender elan edib.
Maliyyə
4 Noyabr , 2020 09:14
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin, nağd pulunun və nəqliyyyat vasitələrinin sığortalanması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 25-i, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 3-ü, saat 18:00-a qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanındakı inzibati binasına təqdim edə bilər. Əlaqələndirici şəxslər qurumun Hüquq departamentindən Elvin Şirdanov və İnzibati departamentindən Ceyhun Səmədovdur. Telefon: (012) 493-11-22 (daxili: 428 və 599).

Təkliflərə dekabrın 4-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi