Azərbaycan Mərkəzi Bankı sığortaçı axtarır

Azərbaycan Mərkəzi Bankı sığortaçı axtarır Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri üzrə açıq tender üsulu ilə elektron satın alınması üçün açıq tender elan edib.
Maliyyə
313
26 Avqust , 2020 09:36
Azərbaycan Mərkəzi Bankı sığortaçı axtarır

Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin, nağd pulunun və nəqliyyat vasitələrinin sığortalanması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 15-i, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 24-ü, saat 11:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edə bilərlər.

Tenderin nəticəsi sentyabrın 24-də, saat 12:00-da portalda açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi