Azərbaycan Mərkəzi Bankı sığorta xərclərini 13 dəfə artırıb

Azərbaycan Mərkəzi Bankı sığorta xərclərini 13 dəfə artırıb 2021-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta xidmətlərinə 1 milyon 260 min manat xərcləyib.
Maliyyə
17 May , 2022 16:19
Azərbaycan Mərkəzi Bankı sığorta xərclərini 13 dəfə artırıb

2021-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta xidmətlərinə 1 milyon 260 min manat xərcləyib.

"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 12,5 dəfə çoxdur.

AMB-nin sığorta xərclərinin 428 min manatı icbari tibbi sığorta üzrə ayırmalardır və ilk dəfə ötən il nəzərdə tutulub.

Xərclərin qalan 832 min manatı isə ənənəvi sığorta üzrə ayırmalardır. Bu isə əvvəlki ilə nisbətən 8,3 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi