Azərbaycan Mərkəzi Bankı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılmasına başlayıb

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılmasına başlayıb Bu iş gələn il yekunlaşdırılacaq
Maliyyə
104
19 Mart , 2018 09:10
Azərbaycan Mərkəzi Bankı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılmasına başlayıb
Report

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) blokçeyn əsaslı identifikasiya sisteminin yaradılması üzrə ekspert xidmətinin cəlb edilməsi (lot-1), texniki platformanın satın alınaraq qurulması (lot-2) və sözügedən sistemin formalaşdırılması (lot-3) üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı hər lot üzrə 200 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 30-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 10-na qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanındakı inzibati binasına təqdim etməlidirlər.

Təkliflərə mayın 11-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. 1-ci lot üzrə işlər 3 ay ərzində, 2-ci lot üzrə işlər 6 ay ərzində, 3-cü lot üzrə işlər isə 18 ay ərzində görülməlidir. 

Orphus sistemi