Azərbaycan Mərkəzi Bankı pul siyasətində korreksiyaya ehtiyac görmür

Azərbaycan Mərkəzi Bankı pul siyasətində korreksiyaya ehtiyac görmür Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanın qeyri-neft iqtisadiyyatının artımında pozitiv dinamika müşahidə edilir və bu dinamikanın formalaşmasında makroiqtisadi sabitləşmə xüsusi rol oynayır.
Maliyyə
15 Noyabr , 2017 11:43
Azərbaycan Mərkəzi Bankı pul siyasətində korreksiyaya ehtiyac görmür
Report

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanın qeyri-neft iqtisadiyyatının artımında pozitiv dinamika müşahidə edilir və bu dinamikanın formalaşmasında makroiqtisadi sabitləşmə xüsusi rol oynayır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, xarici balansın tarazlaşması valyuta bazarında sabitliyin davamlı xarakter almasına şərait yaradır.

“Monetar şərait iqtisadiyyatın pula olan tələbatı, o cümlədən fiskal sektorun likvidliyə olan ehtiyacı, eləcə də bank sistemində likvidliyin təsiri altında formalaşır. Başlıca olaraq qeyri-monetar amillər, o cümlədən il ərzində bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyaya təsir edib. Qiymət sabitliyi üzrə orta və uzun müddətli amillərin təhlili pul siyasətində korreksiyanın zəruri olmadığını göstərir”, - məlumatda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi