Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatlarını artırıb

Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatlarını artırıb Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları son 1 ildə 8% artıb.
Maliyyə
451
1 Sentyabr , 2020 13:09
Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatlarını artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il sentyabrın 1-nə 6 mlrd 483,9 mln ABŞ dolları təşkil edib.

“Report” quruma istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 15,2 milyon ABŞ dolları və yaxud 0,3% çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 225,9 milyon ABŞ dolları və yaxud 3,6% çox, son 1 ildə isə 479,6 milyon ABŞ dolları və yaxud 8% artıb.

Son xəbərlər

Orphus sistemi