Azərbaycan Mərkəzi Bankı not emissiyasına hazırlaşır

Azərbaycan Mərkəzi Bankı not emissiyasına hazırlaşır Notların tədavül müddəti 28 gündür
Maliyyə
28 Oktyabr , 2016 17:44
Azərbaycan Mərkəzi Bankı not emissiyasına hazırlaşır

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Mərkəzi Bankının (AMB) not emissiyasını qeydə alıb. 

Bu barədə "Report"a palatadan bildirilib.

Məlumatda qeyd olunur ki, MBNP cari hesabat ilində emissiyası nəzərdə tutulan hər birinin nominal dəyəri 100 manat olan 6 mln. ədəd qısamüddətli notların emissiya prospektini 52S nömrəsi ilə dövlət qeydiyyatına alıb.

Bundan başqa, qurum AMB-nin hər birinin nominal dəyəri 100 manat olan 500 min ədəd dövlət qısamüddətli notlarının buraxılışını 50100152S nömrəsi ilə dövlət qeydiyyatına alıb.

Sözügedən notların tədavül müddəti 28 gündür. 

Son xəbərlər

Orphus sistemi