Mərkəzi Bank Maliyyə Nazirliyi ilə birlikdə inflyasiyaya qarşı tədbirlər görəcək

Mərkəzi Bank Maliyyə Nazirliyi ilə birlikdə inflyasiyaya qarşı tədbirlər görəcək Azərbaycanda inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə öz səlahiyyətləri çərçivəsində zəruri siyasət tədbirləri həyata keçiriləcək.
Maliyyə
21 fevral 2022 15:36
Mərkəzi Bank Maliyyə Nazirliyi ilə birlikdə inflyasiyaya qarşı tədbirlər görəcək

Azərbaycanda inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə öz səlahiyyətləri çərçivəsində zəruri siyasət tədbirləri həyata keçiriləcək.

"Report" xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun imzaladığı "Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncamda öz əksini tapıb.

Sənəddə deyilir ki, Azərbaycan Mərkəzi Bankı inflyasiya təzyiqlərinin azaldılması ilə bağlı Maliyyə Nazirliyi ilə birlikdə monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görsün.

Son xəbərlər

Orphus sistemi