Azərbaycan Mərkəzi Bankı kreditlər üçün komissiya haqlarını məhdudlaşdırıb - MƏKTUB

Azərbaycan Mərkəzi Bankı kreditlər üçün komissiya haqlarını məhdudlaşdırıb - MƏKTUB AMB-nin bu qərarı nəticəsində bir çox bank istehlak kreditlərinin verilməsini dayandırıb
Maliyyə
2423
30 İyun , 2015 10:31
Azərbaycan Mərkəzi Bankı kreditlər üçün komissiya haqlarını məhdudlaşdırıb - MƏKTUB

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1% həcmində məhdudlaşdırılmasına dair göstəriş verib. 

Bank dairələrindən "Report"a verilən məlumata görə, bu qərar artıq dünəndən qüvvəyə minib və bütün bank və qeyri-bank kredit təşkilatlarının ayırdığı istehlak kreditlərinə aiddir.

Məlumata görə, AMB-nin bu qərarı nəticəsində bir çox banklar istehlak kreditləşdirilməsini müvəqqəti dayandırıb və yaxın dövr üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün bank rəhbərliyi səviyyəsində məsləhətləşmələrə başlanılıb.

Xatırladaq ki, son aylarda bir çox kommersiya bankında kreditlərə görə komissiya xərcləri 3-7% civarında olub.

Son xəbərlər

Orphus sistemi