"Azərbaycan Mərkəzi Bankı haqqında" qanunda dəyişiklik edilib

"Azərbaycan Mərkəzi Bankı haqqında" qanunda dəyişiklik edilib Dəyişiklik AMB-nin mənfəətindən daha səmərəli istifadəni təmin etmək məqsədi ilə olunur
Maliyyə
13 İyun , 2017 14:15
Azərbaycan Mərkəzi Bankı haqqında qanunda dəyişiklik edilib
Report.az

Bakı. 13 iyun. REPORT.AZ/ "Azərbaycan Mərkəzi Bankı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.

"Report"un verdiyi xəbərə görə, qanun layihəsi Mərkəzi Bankın mənfəətindən daha məqsədli və səmərəli istifadəni təmin etmək məqsədi ilə hazırlanıb.

Belə ki, 12.2-ci maddənin qüvvədə olan mətninə görə, kapital ehtiyatları formalaşdırıldıqdan (qanunun 10.3-cü maddəsinə görə, AMB-nin kapital ehtiyatları onun nizamnamə fondundan az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılır) sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.

Təklif olunur ki, daha məqsədli istifadəni təmin etmək üçün bu vəsait (mənfəətin sərbəst qalığı) qanunla müəyyən edimiş qaydada dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün "Büdcə sistemi haqqında" qanuna müvafiq olaraq yaradılan məqsədli büdcə fonduna köçürülsün.

Müzakirələrdən sonra qanuna təklif olunan dəyişiklik təsdiq olunub.

Son xəbərlər

Orphus sistemi