Azərbaycan Mərkəzi Bankı: Faiz dəhlizi parametrlərinin real səviyyəsi müsbət zonada saxlanılacaq

Azərbaycan Mərkəzi Bankı: Faiz dəhlizi parametrlərinin real səviyyəsi müsbət zonada saxlanılacaq Yaxın vaxtlarda depozit və valyuta hərraclarının keçirilmə tezliyində hər hansı bir dəyişiklik gözlənilmir
Maliyyə
1071
2 Aprel , 2018 10:05
Azərbaycan Mərkəzi Bankı: Faiz dəhlizi parametrlərinin real səviyyəsi müsbət zonada saxlanılacaq
Report

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə iqtisadiyyatında müşahidə edilən müsbət meyllərin davam etməsindən asılı olaraq 2018-ci ilin qalan dövründə də faiz dəhlizi parametrlərinin azaldılmasını mümkün hesab edir. Bununla belə faiz dərəcələrinin real səviyyəsi müsbət zonada saxlanacaq.

Bunu “Report”a AMB-dən bildiriblər. 

"Əvvəlki illərdə olduğu kimi bu il də faiz dəhlizi parametrlərinə dair qərarlar faktiki inflyasiya, qiymət artımına dair gözləntilər və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla qəbul ediləcək. AMB-nin apardığı təhlillərə əsasən faiz dəhlizinin parametrləri likvid qiymətli kağızların gəlirlliyinə və bu da öz növbəsində bankların apardığı əməliyyatlar üzrə faizlərə təsir edir. Orta illik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşmasını nəzərə alınmaqla artıq cari ilin fevralında uçot dərəcəsi 15%-dən 13%-ə endirilib", - deyə qurum bəyan edib. 

AMB-dən o da bildirilib ki, yaxın vaxtlarda depozit və valyuta hərraclarının keçirilmə tezliyində hər hansı bir dəyişiklik gözlənilmir. Banklar hərraclarda aktiv şəkildə iştiraka davam edirlər.

Son xəbərlər

Orphus sistemi