Azərbaycan Mərkəzi Bankı “CPM-İnvest İnvestisiya Şirkəti”nə lisenziya verib

Azərbaycan Mərkəzi Bankı “CPM-İnvest İnvestisiya Şirkəti”nə lisenziya verib Ölkədə lisenziyası olan investisiya şirkətlərinin sayı 11-ə çatıb
Maliyyə
130
26 Aprel , 2021 09:50
Azərbaycan Mərkəzi Bankı “CPM-İnvest İnvestisiya Şirkəti”nə lisenziya verib
0 : 00
0 : 00

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-yə lisenziya verilib.

“Report” bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da, ölkədə lisenziyası olan investisiya şirkətlərinin sayı 11-ə çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “CPM-İnvest İnvestisiya Şirkəti”ni bu ilin yanvar ayında dövlət qeydiyyatına alıb. Yeni maliyyə qurumunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 1 058, mənzil 36a, nizamnamə kapitalı 400 min manat, qanuni təmsilçisi isə Nəriman Sabir oğlu Hadıyevdir.

Son xəbərlər

Orphus sistemi