Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Capital Partners İnvestisiya Şirkəti" QSC-yə əsas və yardımçı investisiya xidmətləri göstərmək üçün lisenziya verilib.
“Report” bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla da, ölkədə lisenziyası olan investisiya şirkətlərinin sayı 13-ə çatıb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Capital Partners İnvestisiya Şirkəti”ni 2020-ci ilin dekabr ayında dövlət qeydiyyatına alıb. Onun nizamnamə kapitalı 400 min manatdır. Maliyyə qurumu “Rabitəbank” ASC-nin 2007-ci ildə təsis etdiyi, "Bakı Fond Birjası” QSC-nin səhmlərinin 4,76%-nə nəzarət edən “Kapital Partners” MMC-nin hüquqi varisidir.