"Report": Dolların satış məzənnəsi yenidən artır

"Report": Dolların satış məzənnəsi yenidən artır ​Azərbaycan Mərkəzi Bankı bu gün valyuta satışı üzrə hərrac keçirməyib
Maliyyə
6 Yanvar , 2016 14:34
Report: Dolların satış məzənnəsi yenidən artır

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün, ənənəvi olaraq saat 11:30-da keçirdiyi valyuta hərracını təxirə salıb. "Report" xəbər verir ki, əvəllər isə bu hərraclar saat 15:30-da keçirilirdi. 

Bu gün, günün ilk yarısında Bakı şəhərinin mərkəzində yerləşən valyutadəyişmə məntəqələrində alış-satış əməliyyatları müvafiq olaraq 1,62-1,64 AZN/USD məzənnəsi ilə aparılırdısa, hazırda satış məzənnəsi bəzi "exchange"lərdə 1,67-1,70 AZN/USD-yə yüksəlib, alış qiyməti isə əsasən sabit qalıb.  

"Report"un analitik qrupu qeyd edir ki, günün ikinci yarısında da (15:30-da) AMB valyuta hərracı keçirməsə, daxili bazarda nağd ABŞ dollarının məzənnəsinin artacağını ehtimal etmək olar: "Bazarda real tələb olduğu halda, AMB bu gün hərrac keçirməsə, nağd məzənnənin sabit şəkildə 1,67 AZN/USD-ni keçəcəyi gözlənilir. Yaxın günlərdə cari tələbat qarşılanmasa, satış məzənnəsinin 1,70 AZN/USD-yə çatması mümkündür". 

Son xəbərlər

Orphus sistemi