Azərbaycan Mərkəzi Bankı açıq tender keçirir

Azərbaycan Mərkəzi Bankı açıq tender keçirir Tender 29 mart saat 15.00-da Mərkəzi Bankın inzibati binasında keçiriləcək
Maliyyə
3 Fevral , 2017 21:07
Azərbaycan Mərkəzi Bankı açıq tender keçirir

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı 3 lot üzrə açıq tender keçirir.

"Report"un MB-yə istinadən verdiyi xəbərə görə, 1-ci lot üzrə tenderin predmeti nağd pulun idarəetmə sisteminin Yevlax Ehtiyat Mərkəzində ehtiyat surətinin yaradılması, 2-ci lot üzrə tenderin predmeti portfel idarəetmə sisteminin Yevlax Ehtiyat Mərkəzində ehtiyat surətinin yaradılması və 3-cü lot üzrə tenderin predmeti elektron imza üzrə sertifikatlaşma sistemi üçün təhlükəsizlik modullarının Sumqayıt və Yevlax Ehtiyat Mərkəzlərində qurulmasıdır.

İnformasiya sistemlərinin ehtiyat surətlərinin yaradılması tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 90 təqvim günü ərzində təhvil verilməlidir.

Tenderdə iştirak etmək üçün iddiaçının təqdim etməli olduğu səndələrə tenderdə iştirak üçün yazılı müraciət, iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri, tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı, tender təklifinin qiymətinin 1% məbləğində bank təminatı və s. daxildir.

İddiaçılar tenderdə iştirak haqqı kimi Mərkəzi Bankın hesabına hər bir lot üzrə 100 manat məbləğində vəsait köçürməlidir.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 28 mart 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 10 mart 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir.

Tender proseduru 29 mart 2017-ci il tarixində saat 15.00-da Mərkəzi Bankın inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcək.

Son xəbərlər

Orphus sistemi