Azərbaycan Mərkəzi Bankı 250 mln. manatlıq not yerləşdirib

Azərbaycan Mərkəzi Bankı 250 mln. manatlıq not yerləşdirib Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100562S dövlət qeydiyyat nömrəli, 250 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
1 noyabr 2017 13:25
Azərbaycan Mərkəzi Bankı 250 mln. manatlıq not yerləşdirib
Report

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100562S dövlət qeydiyyat nömrəli, 250 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 15 investor qiyməti 99,2278 manat (10,01%) olan 23 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 539 565 500 manat olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,2278 manat (10,01%) müəyyən edilib. Qiymətli kağızların hamısı yerləşdirilib.

Notların ödəmə tarixi 29 noyabr 2017-ci ildir. 

Son xəbərlər

Orphus sistemi