Azərbaycan Mərkəzi Bankı 200 mln. manat cəlb edib

Azərbaycan Mərkəzi Bankı 200 mln. manat cəlb edib Qurumun depozit hərracında tələb təklifi 3 dəfəyə yaxın üstələyib
Maliyyə
2 Oktyabr , 2017 12:17
Azərbaycan Mərkəzi Bankı 200 mln. manat cəlb edib
Report

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 200 mln. manat cəlb edilib.

Tələb isə bundan 2,87 dəfə çox - 574 mln. manat olub.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi