Azərbaycan manatının real effektiv məzənnəsi yanvarda bir qədər azalıb

Azərbaycan manatının real effektiv məzənnəsi yanvarda bir qədər azalıb "Report": Manatın real effektiv məzənnəsində ciddi dəyişiklik gözlənilmir
Maliyyə
10 Mart , 2017 17:21
Azərbaycan manatının real effektiv məzənnəsi yanvarda bir qədər azalıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan manatının real effektiv məzənnəsi 2017-ci il fevral ayının 1-nə 90,2 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, yanvarın 1-nə olan analoji göstərici ilə müqayisədə 1,1 bənd aşağıdır. Keçən ilin analoji dövrünə olan göstəriciyə nisbətən isə real effektiv məzənnə 2,1 bənd azalıb.

Real effektiv məzənnənin azalması manatın dəyərinin Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin valyutaları ilə müqayisədə ucuzlaşması deməkdir. "Report"un analitik qrupu fevral ayında Türkiyə lirəsi, Rusiya rublu və Çin yuanının möhkəmlənməsi ilə yanaşı manatın da möhkəmləndiyini və nəticədə, manatın real effektiv məzənnəsində ciddi dəyişikliyin olmayacağını proqnozlaşdırır. 

Qeyd edək ki, manatın real effektiv məzənnəsi üçün 85-90 bənd diapazonu qənaətbəxş sayılır.

Son xəbərlər

Orphus sistemi