Azərbaycan manatının effektiv məzənnələri artıb

Azərbaycan manatının effektiv məzənnələri artıb Bu ilin avqust ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 76,2 bənd təşkil edib.
Maliyyə
26 avqust 2020 09:54
Azərbaycan manatının effektiv məzənnələri artıb

Bu ilin avqust ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 76,2 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,1 bənd az, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 bənd çox, ilin əvvəli ilə müqayisədə 2,8 bənd çoxdur.

Bu ilin avqust ayının 1-nə manatın real effektiv məzənnəsi isə 102,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,6 bənd az, ilin əvvəli ilə müqayisədə 3,2 bənd çox, illik müqayisədə isə 3,6 bənd çoxdur.

Son xəbərlər

Orphus sistemi