Bu ilin may ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 78,6 bənd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 2 bənd, ilin əvvəlinə nisbətən 5,2 bənd, ötən il mayın 1-i ilə müqayisədə isə 5,2 bənd çoxdur.
Aprelin sonuna milli valyutanın real effektiv məzənnəsi isə 107,4 bənd təşkil edib. Bu isə martın sonu ilə müqayisədə 2,5 bənd, ilin əvvəlinə nisbətən 8,4 bənd, ötən ilin mayın 1-i ilə müqayisədə isə 7,1 bənd çoxdur.