Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

Azərbaycan manatının dövretmə sürəti cüzi artıb Bu il noyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,78 bənd təşkil edib.
Maliyyə
26 Noyabr , 2020 10:09
Azərbaycan manatının dövretmə sürəti cüzi artıb
0 : 00
0 : 00

Bu il noyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,78 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,01 bənd çox, yanvarın 1-nə nisbətən 0,7 bənd az, illik müqayisədə isə 1,02 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi