Azərbaycan maliyyə sektorunun mərkəzləşmiş öhdəlikləri artıb

Azərbaycan maliyyə sektorunun mərkəzləşmiş öhdəlikləri artıb AMB-nin tələbləri tarixi rekord həddən 6% aşağıdır
Maliyyə
10 noyabr 2017 09:19
Azərbaycan maliyyə sektorunun mərkəzləşmiş öhdəlikləri artıb
Report

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və BOKT-ların Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında olan cəmi öhdəlikləri 2017-ci il oktyabrın 1-nə 7 036,8 mln. manat təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi sentyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 24,3 mln. manat və ya 0,35% artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin banklara və BOKT-lara tələbi 206,7 mln. manat və ya 2,85% azalıb.

Qeyd edək ki, bankların AMB-yə öhdəliklərinin bu günədək maksimal həddi 2016-cı ilin oktyabr ayında qeydə alınıb və 7 507 mln. manat təşkil edib. Son göstəricinin maksimal həddən 470,2 mln. manat və ya 6,26% aşağı olduğu bildirilir. Qeyd edək ki, avqust ayında kommersiya banklarının xarici öhdəlikləri Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin Azərbaycan hökumətinə keçməsi səbəbindən 3,85 mlrd. manata yaxın azalıb.

Son xəbərlər

Orphus sistemi