Azərbaycan maliyyə sektorunun işçi bazası bir ayda 200 nəfər artıb

Azərbaycan maliyyə sektorunun işçi bazası bir ayda 200 nəfər artıb Bakı. 28 may. REPORT.AZ/ Azərbaycanda maliyyə sektorunda muzdla çalışan işçilərin ümumi sayı mart ayı ərzində 200 nəfər artaraq 2018-ci il aprelin 1-nə 23,9 min nəfər təşkil edib.
Maliyyə
28 May , 2018 11:21
Azərbaycan maliyyə sektorunun işçi bazası bir ayda 200 nəfər artıb

Bakı. 28 may. REPORT.AZ/ Azərbaycanda maliyyə sektorunda muzdla çalışan işçilərin ümumi sayı mart ayı ərzində 200 nəfər artaraq 2018-ci il aprelin 1-nə 23,9 min nəfər təşkil edib.

“Report”un rəsmi statistikaya istinadən verdiyi xəbərə görə, işçilərin 4,5 min nəfəri və ya 19%-i dövlət, 19,4 min nəfəri və ya 81%-i özəl sektorda çalışıb. Qeyd edək ki, artım özəl sektor hesabına baş verib. 

Bildirək ki, bu sahədə çalışan işçilərin sayı 2005-ci ildəki 11,8 min nəfərdən 2014-cü ildə 30,9 min nəfərədək yüksəlib, daha sonra azalmağa başlayaraq 2015-ci ildə 30,1 min nəfər, 2016-cı ildə 25 min nəfər olub. 2017-ci il ərzində isə 5,2% və ya 1,3 min nəfər azalaraq 2018-ci il yanvarın 1-nə 23,7 min nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi