Azərbaycan kiçik və orta biznes üçün vergi güzəştləri hazırlayır

Azərbaycan kiçik və orta biznes üçün vergi güzəştləri hazırlayır Fiziki şəxs olan sahibkarların gəlir vergisihüquqi şəxslərin isə mənfəət vergisi azaldılacaq
Maliyyə
10 Avqust , 2016 11:51
Azərbaycan kiçik və orta biznes üçün vergi güzəştləri hazırlayır

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanda kiçik və orta sahibkarların vergi yükü azaldıla bilər. “Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyində keçirilən mətbuat konfransında qurumun Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəis müavini Şamil Ərəbov məlumat verib.

Onun sözlərinə görə, sahibkarlıqla fiziki şəxs kimi məşğul olanların, işini istehsal üzərində qurmuş kiçik və orta sahibkarların gəlir vergisinin, hüquqi şəxslərin mənfəət vergisinin azaldılması ilə bağlı qanunvericiliyə dəyişikliklər təklif olunur. 

Bundan başqa, kiçi sahibkarların ödədiyi əlavə dəyər vergisinin azaldılması, Azərbaycana idxal olunan bütün xidmətlərin ƏDV-dən azad edilməsi də təkliflər sırasındadır.

Son xəbərlər

Orphus sistemi