Azərbaycan iqtisadiyyatında geriləmə tempi azalıb

Azərbaycan iqtisadiyyatında geriləmə tempi azalıb Bu ilin yanvar-mart aylarında Azərbaycanda 18 921,5 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilib
Maliyyə
16 Aprel , 2021 12:08
Azərbaycan iqtisadiyyatında geriləmə tempi azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 18 921,5 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1,3% azdır.

Xatırladaq ki, yanvar-fevral aylarının yekununda ölkə iqtisadiyyatında geriləmə 3,2% təşkil etmişdi.

Hesabat dövründə ölkə iqtisadiyyatının neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 7,3% azalıb, qeyri neft-qaz sektorunda isə 2,1% artıb.

Əlavə dəyərin 40,5%-i sənaye, 10,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6%-i nəqliyyat və anbar təsərrüfatı, 5,3%-i tikinti, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9%-i informasiya və rabitə, 0,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində, 20,1%-i isə digər sahələrdə istehsal olunub. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,2%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 2,8% artaraq 1 891 manat olub.

Son xəbərlər

Orphus sistemi